Azərbaycan millisi Qızıl Avropa Liqasında mübarizəyə başlayır

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında bu gün mübarizəyə start verir.

“Report”un məlumatına görə, komanda Macarıstan yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 18:00-da start götürəcək.

Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirir. Milli iyunun 1-də Sloveniya ilə üz-üzə gələcək.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More