Kartalkayadakı hotel yanğını ilə bağlı ittiham olunan 13 nəfərə 1 998 il həbs cəzası istənilib

Türkiyənin Bolu vilayətindəki Kartalkaya Xizək Mərkəzində hoteldə baş verən yanğın ilə bağlı hazırlanan ittihamnamə qəbul edilib.

“Report” xəbər verir ki, ittihamnamədə 13 təqsirləndirilən şəxsə 1 998 ilə qədər, 19 təqsirləndirilən şəxsə isə 22 il 6 aya qədər həbs cəzası istənilib.

Xatırladaq ki, hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub. Yanğın nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More