Nigeriyada ən azı 60 terrorçu öldürülüb

Nigeriya Silahlı Qüvvələri ölkənin şimalında müxtəlif terror qruplaşmalarına mənsub azı 60 terrorçunu öldürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Daily Post” qəzeti Nigeriya Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən bildirib.

Qeyd edilib ki, ölkənin quru qoşunları və hərbi hava qüvvələri Borno ştatının Bita rayonunda “Hadin kay” adlı genişmiqyaslı antiterror əməliyyatı keçirir. Ordu bölmələrinin fəaliyyəti nəticəsində qanunsuz silahlı birləşmələrin azı 60 üzvü öldürülüb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More