Rusiyada 17 nəfər barəsində miqrantların leqallaşdırılması ittihamı ilə cinayət işi açılıb

Rusiya İstintaq Komitəsinin Perm diyarı üzrə İstintaq İdarəsinin əməkdaşları qanunsuz miqrasiyanın təşkili ilə məşğul olan dəstəni ifşa ediblər.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Bildirilib ki, 17 nəfər barəsində cinayət işi açılıb.

İstintaq məlumatına görə, cinayətkar dəstənin üzvləri rus dili, Rusiya tarixi və qanunvericiliyi üzrə imtahanların təşkili adı altında miqrantların ölkə ərazisində qanunsuz qalmasına kömək ediblər.

Onlar 2021-2024-cü illər ərzində Moskva, Perm diyarı, həmçinin Tula və Samara vilayətlərində fəaliyyət göstəriblər. Şübhəlilər vətəndaşlığı olmayan əcnəbilərin bilik səviyyəsi haqqında sənədləri saxtalaşdırır, miqrantlara iş icazəsi, yaşayış icazəsi və Rusiya vətəndaşlığı almaqda kömək ediblər. Dəstə üzvləri ümumilikdə ən azı 200 əcnəbinin Rusiyada qanunsuz qalmasını leqallaşdırıblar.

Cinayətkar dəstənin iki təşkilatçısı həbs edilib. Digərləri barəsində isə qətimkan tədbirləri seçilib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More