Azərbaycan səfiri Keniyanın müvafiq qurumu ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin direktoru Joys Sitienei ilə görüşüb.

“Report” xəbər verir ki, Beynəlxalq Mərkəzin iqamətgahında baş tutmuş görüş zamanı səfir tərəfindən xanım direktora səfirliyin fəaliyyət tarixçəsi, ölkənin Ulu Öndər Heydər Əliyev siyasi kursuna əsaslanan inkişaf yolu, dövlət başçısının rəhbərliyi altında uğurla davam etdirilən Azərbaycanın keçmiş məcburi köçkünlərinin məskunlaşdırılması üzrə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Proqram” haqqında məlumat verilib.

Səfir ölkənin Ermənistanın 30 illik işğalı nəticəsində dünyada minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrildiyini, bu səbəbdən dağıntı və insan tələfatı haqqında xanım direktoru məlumatandırıb.

Bu gün məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıdışı üçün minaların ən böyük maneə olaraq qaldığı qeyd olunub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) humanitar minatəmizləmə sahəsində gördüyü işlər haqqında Beynəlxalq Mərkəzin direktoruna məlumat verən səfir ölkəsinin humanitar minatəmizləmə sahəsində qabaqcıl texnologiyaları (minaların yerini müəyyən edən dronlar, peyk dəstəyi, minaaxtaran itlər) tətbiq edən dövlətlərdən biri olduğunu bildirib.

Beynəlxalq Minatəmizləmə Təlim Mərkəzi kimi tanınan Məktəbin 2005-ci ildə Böyük Britaniya və Keniyanın birgə təşəbbüsü olaraq, minaların sosial, iqtisadi və ətraf mühitə təsirinin azaldılmasına yönəlmiş minatəmizləmə əməliyyatlarında iştirak edəcək regional hərbi personalın potensialının artırılması məqsədilə yaradılması qeyd olunub.

Görüş zamanı IPSTC-nin Azərbaycanın minatəmizləmə sahəsində fəaliyyət göstərən müvafiq qurumu ilə əməkdaşlığın qurulması, hər iki ölkənin təcrübəsinin öyrənilməsi üçün qarşılıqlı səfərlərin təşkilinin vacib olduğu bildirilib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More