Azərbaycanlı zəvvarların son qrupu Məkkəyə çatıb

Azərbaycandan Həccə gedən sonuncu zəvvar qrupu Məkkəyə çatıb.

Bu barədə “Report”a QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, sonuncu qrupa 122 zəvvar daxildir.

V.Cahangiri qeyd edib ki, iyunun 4-ə kimi müstəqil Kəbə ziyarəti olacaq.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.

Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More