İyunun 1-də Dənizkənarı Milli Park ərazisində voleybol festivalı keçiriləcək.
“Report”un məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq tədbir saat 10:00-da start götürəcək.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festivalda 12 yaşadək voleybolçu qız və oğlanlardan ibarət komandalar iştirak edəcəklər.
Onlar arasında simvolik yarışlar və müxtəlif oyunlar təşkil olunacaq.
Tədbirin keçirilməsində məqsəd uşaqların idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və dostluq, komanda ruhu kimi dəyərləri təşviq etməkdir.
Mənbə: Report.Az
Comments are closed.