Braziliya millisinin futbolçusu Antoni karyerasını Almaniyada davam etdirə bilər.
“Report” “Kicker” nəşrinə istinadən xəbər verir ki, “Bayer 04” 25 yaşlı yarımmüdafiəçini transfer etmək niyyətindədir.
Müqavilə ilə İngiltərənin “Mançester Yunayted” klubuna məxsus olan oyunçu icarə əsasında İspaniya təmsilçisi “Betis”də çıxış edib.
O, ötən mövsüm hər iki komandanın heyətində ümumilikdə 40 matçda meydanda olub, 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: Report.Az
Comments are closed.