Parisdə Holokost qurbanlarının xatirə abidəsi və üç sinaqoq vandalizmə məruz qalıb

Parisin tarixi məhəlləsində Holokost qurbanlarının xatirə abidəsi, üç sinaqoq və bir restoran yaşıl rənglə boyanıb.

“Report” xəbər verir ki, bu barədə RTL radiostansiyası polisdəki mənbəyə istinadən bildirib.

“Paytaxtın mərkəzində yerləşən Mare məhəlləsində Holokost memorialı, Belville, Turnel və Aqudas Hakehilos sinaqoqları, eləcə də bir restoran yaşıl rənglə boyanıb”, – məlumatda qeyd olunub.

Cinayətkar təhlükəsizlik kameralarına düşüb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More