“Sabah” komandası “Qarabağ”ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub

Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

“Report”un məlumatına görə, final oyununda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəliblər.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda “Sabah” sevinən tərəf olub.

Görüşdə hesab 36-cı dəqiqədə açılıb. Bakı klubunun heyətində Pavol Şafranko penaltini dəqiq yerinə yetirib. 43-cü dəqiqədə Ağdam təmsilçisinin oyunçusu Toral Bayramov 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Əvəzində 45+1-ci dəqiqədə onun komanda yoldaşı Kadi Borges hesabı bərabərləşdirib.

57-ci dəqiqədə Şafranko da penaltini boşa verib. 67-ci dəqiqədə “bayquşlar”ın müdafiəçisi Con İrasabal avtoqol müəllifi olub. Paytaxt klubundan Kahim Parris 90+6-cı dəqiqədə fərqlənərək tarazlığı bərpa edib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. 119-cu dəqiqədə “Sabah”ın futbolçusu Tellur Mütəllimov qələbə qolunu vurub.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More