Şıx çimərliyi yaxınlığında yanğın söndürülüb – YENİLƏNİB

Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi yaxınlığında açıq sahədə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın nəticəsində 1 hektar sahədə məişət və təkər tullantıları yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

11:54

Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi yaxınlığında açıq sahədə quru ot yanır.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More