Türkiyədə ağır yol qəzasında 15 nəfər yaralanıb

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda ağır yol qəzası baş verib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, işçiləri daşıyan avtobusla minik avtomobilinin toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər.

Qəzanın səbəbi və xəsarət alanların durumu məlum deyil.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More