UEFA Avropa Liqasının qalibi olan klub dörd futbolçu ilə vidalaşıb

UEFA Avropa Liqasının qalibi olan İngiltərənin “Tottenhem” klubu dörd futbolçu ilə vidalaşıb.

“Report” xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fraser Forster, Serxio Requilon, Alfie Vitemanın başa çatan müqavilələrinin müddəti uzadılmayıb.

İcarə əsasında komandada çıxış edən Timo Verner isə Almaniyanın “Leyptsiq” klubuna qayıdıb.

Qeyd edək ki, “Tottenhem” Avropa Liqasının finalında “Mançester Yunayted”i minimal hesabla üstələyib – 1:0.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More