Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Üçüncü Tala kəndi ərazisində qeydə alınıb
Belə ki, “VAZ-2106” və motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Mənbə: Report.Az
Comments are closed.