Azərbaycanın stolüstü tennisçisi İsveçdə təlim-məşq toplanışına qatılacaq

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının dünyanın ən istedadlı idmançıları ücün təşkil etdiyi təlim-məşq toplanışına qatılacaq.

“Report” xəbər verir ki, O.Quluzadə bu məqsədlə yığmanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə İsveçin Halmstad şəhərinə yollanıb.

“Rising Stars Camp” adlanan toplanış iyunun 1-dən 5-dək davam edəcək.

O.Quluzadə bundan sonra Helsinqborq və Norveçin Sandefjord şəhərində keçiriləcək “WTT Youth Contender” turnirlərində mübarizə aparacaq.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More