İŞİD rəhbərlərindən biri Pakistan-Əfqanıstan sərhədində saxlanılıb

Türkiyə və Pakistan kəşfiyyat xidmətlərinin keçirdiyi əməliyyat nəticəsində Pakistan-Əfqanıstan sərhədində İŞİD liderlərindən biri saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

“Türkiyə və Pakistan kəşfiyyat xidmətlərinin Pakistan – Əfqanıstan sərhədində keçirdiyi birgə əməliyyat zamanı “narıncı kateqoriya” ilə axtarışda olan İŞİD liderlərindən biri Özgür Altun saxlanılıb”, – məlumatda deyilir.

Qeyd olunur ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) işi nəticəsində qrupun bu ölkəyə qarşı fəaliyyət planları pozulub, İŞİD-ə cəlb olunma deşifrə edilib, təşkilata aid rəqəmsal materiallar, eləcə də fəaliyyət planları ələ keçirilib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More