Kəlbəcərdə mina hadisəsinin bəzi təfərrüatları məlum olub – YENİLƏNİB

Kəlbəcərdə traktorun minaya düşməsinin bəzi təfərrüatları məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, minaya düşən traktor Kəlbəcər rayonunda kəndarası yolun çəkilişini aparan şirkətlərdən birinə məxsus olub. Elə hadisə də görülən iş zamanı qeydə alınıb.

Qeyd edək ki, xəsarət alan 1989-cu il təvəllüdlü R.Əsədov xəstəxanaya yerləşdirilib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş hesab edilir.

20:01

Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alıb.

Xatırladaq ki, mayın 30-da Ağdərədə, mayın 31-də isə Goranboyda mina hadisəsi qeydə alınıb, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More