Müdafiə naziri: Böyük Britaniya son beş ildə sərhədlərinə nəzarəti itirib

Böyük Britaniya son beş ildə sərhədlərinə nəzarəti itirib.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili “Sky News” telekanalına müsahibəsində miqrasiya ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Britaniya Milli Statistika İdarəsinin məlumatına görə, 2024-cü ildə ölkəyə gələn miqrantların sayı gedənlərdən 431 min nəfər çox olub. 2023-cü ildə bu rəqəm 860 min təşkil edib və 2023-cü ilin iyununda bitən 12 aylıq dövr üçün 906 min nəfərlik tarixi rekord qeydə alınıb.

“Həqiqət budur ki, son beş ildə Britaniya sərhədlərinə nəzarəti itirib və əvvəlki hökumət (Mühafizəkarlar – red.) keçən il xaos içində rekord səviyyədə miqrasiya ilə yadda qalıb”, – nazir bildirib.

2024-cü ildə 36,8 mindən çox qanunsuz miqrant Böyük Britaniyaya La-Manş boğazı vasitəsilə qayıqla gəlib ki, bu da əvvəlki illə müqayisədə çoxdur. Rekord göstərici 2022-ci ildə 45,7 mindən çox miqrantın Britaniya sahillərinə çatdığı vaxt qeydə alınıb. Böyük Britaniya hakimiyyəti sığınacaq axtaranların hotellərdə yerləşdirilməsi üçün gündə bir neçə milyon funt sterlinq xərcləyir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More