İran yeni nüvə sazişinə dair razılaşmanın ABŞ variantını Omanın xarici işlər naziri Bədr əl-Busaidi vasitəsilə alıb.
“Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkə hesabında məlumat verib.
“Əziz qardaşım, Omanın xarici işlər naziri Bədr Əl Busaidi ABŞ-nin təkliflərini təqdim etmək üçün bu gün Tehrana qısamüddətli səfər etdi”, – o yazıb.
Əraqçi layihənin təfərrüatlarını açıqlamasa da, rəsmi Tehranın milli maraqlardan çıxış edərək lazımi cavab verəcəyini vəd edib.
Mənbə: Report.Az
Comments are closed.