Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə iyunun 2-nə planlaşdırılan danışıqlarda iştirak etmək üçün İstanbula gəlib.
“Report” xəbər verir ki, bu barədə TASS-dakı mənbə bildirib.
“Danışıqlar aparan qrup İstanbula gəlib”, – agentliyin mənbəsi deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, prezidentin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyunun 2-də Ukraynaya böhranın səbəblərini aradan qaldırmağın bütün aspektləri ilə bağlı memorandum təqdim etməyə hazırdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, hazırda əsas məsələ birbaşa danışıqlar prosesini davam etdirməkdir.
İyunun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Umerov İstanbulda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək.
Rusiyanın nümayəndə heyəti bazar günü günortadan sonra Ukrayna ilə danışıqlarda iştirak etmək üçün təyyarə ilə Türkiyənin İstanbul şəhərinə yola düşüb.
“Report”un xəbərinə görə, bu barədə “İnterfaks” danışıqların hazırlanması ilə tanış olan mənbəyə istinadən xəbər verir.
“Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti bazar günü günortadan sonra təyyarə ilə İstanbula uçub”, – agentliyin müsahibi bildirib.
O, qeyd edib ki, Rusiya nümayəndə heyəti iyunun 2-də səhər danışıqlara başlamağa hazır olacaq.
Mənbə: Report.Az
Comments are closed.