Rusiyanın Bryansk vilayətinin qubernatoru: Qatarın hərəkəti zamanı körpü partladılıb

Rusiyanın Bryansk vilayətində qatar körpünün partlaması nəticəsində relsdən çıxıb.

“Report”un məlumatına görə, bu barədə regionun qubernatoru Aleksandr Boqomaz “Rossiya-24” telekanalının efirində bildirib.

“388 sərnişinin olduğu Klimov-Moskva qatarının hərəkəti zamanı magistralda körpü partlayışı baş verib”, – o deyib.

Qeyd edək ki, hadisə zamanı 7 nəfər ölüb, 69 nəfər yaralanıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More