Aqressiv beyin xərçənginin müalicəsində irəliləyiş əldə olunub

Pensilvaniya Universitetinin amerikalı alimləri xərçəngə qarşı yeni immunoterapiya yaradıblar, CAR-T eyni anda iki şiş zülalına: EGFR və IL13Rα2-yə hücum edib.

“Report” xəbər verir ki, tədqiqat Nature Medicine (NatMed) elmi jurnalında dərc olunub.

Standart üsullardan fərqli olaraq hüceyrələr birbaşa onurğa beyni mayesinə yeridilir ki, bu da müalicənin effektivliyini artırır. Sınaqlarda sağ qalma müddəti adətən 6-10 aydan çox olmayan təkrarlanan qlioblastoma (beyin şişi) olan 18 xəstə iştirak edib.

Testlər göstərib ki, xəstələrin 62%-nin şişləri ölçüsündə kiçilib və yeddi iştirakçıdan üçü (43%) bir ildən çox sağ qalıb. Bir xəstənin vəziyyəti isə artıq 16 aydır stabildir.

Alimlər həmçinin müəyyən ediblər ki, dəyişdirilmiş hüceyrələr tətbiq edildikdən sonra bir ilə qədər bədəndə aktiv qalıb, şişlə mübarizəni davam etdirib. Xəstələrin 56%-i idarə oluna bilən nevroloji əks təsirlər yaşansa da, terapiya təhlükəsiz sayılıb.

Tədqiqatın növbəti mərhələlərinə çoxlu hüceyrə administrasiyasının sınaqdan keçirilməsi, ilkin diaqnozu olan xəstələrdə metodun tətbiqi və texnologiyanın daha da optimallaşdırılması daxildir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More