Azərbaycanın voleybol millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vurub

Gümüş Avropa Liqasına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.

“Report” xəbər verir ki, yığma Tbilisidə yerli komanda ilə iki yoxlama oyunu keçirib.

Milli bu qarşılaşmalarda Gürcüstanı 3:0 və 3:2 hesabları ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan yarışda ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Fərid Cəlalovun rəhbərlik etdiyi kollektivin rəqibləri ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More