İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində son 24 saat ərzində 30-dan çox fələstinli həlak olub.
“Report” xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son 24 saat ərzində Qəzza zolağında 37 ölü, o cümlədən daha əvvəl öldürülən 5 nəfərin cəsədi çatdırılıb. Bundan başqa 136 yaralı xəstəxanalara çatdırılıb. Bununla belə, dağıntılar altında və küçələrdə hələ də çoxlu qurbanlar var ki, onlara təcili yardım və mülki müdafiə xidmətləri çata bilmir”, – məlumatda deyilir.
Səhiyyə Nazirliyinin son məlumatına görə, cari ilin martın 18-dən bəri İsrail Müdafiə Qüvvələrinin hərəkətləri 4149-dan çox insanın ölümünə, 12,5 minə yaxınının isə yaralanmasına səbəb olub.
Fələstin-İsrail qarşıdurması başlayandan bu yana ölən fələstinlilərin ümumi sayı 54 418 nəfəri keçib, 124 190 şəxs yaralanıb.
Mənbə: Report.Az
Comments are closed.