İsrailin Baş Qərargah rəisi Qəzzada əməliyyatı genişləndirməyi əmr edib

İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Qəzza zolağının cənub bölgəsinə səfər edib və burada əməliyyat müşavirəsi keçirib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Zamir hərbi əməliyyatların həm cənubda, həm də zolağın şimalında əlavə ərazilərə genişləndirilməsi əmrini verib.

Onun sözlərinə görə, girovların qaytarılması və “HƏMAS”ın qəti məğlubiyyəti üçün şərait yaradılana qədər hərbi əməliyyatların intensivliyi artmalıdır.

Bundan əlavə, Baş Qərargah rəisi anklavda humanitar yardımın paylanması üçün əlavə mərkəzlərin yerləşdirilməsi barədə göstəriş verib:

“Biz İsrail mülki şəxslərini qorumaq üçün əməliyyat həyata keçiririk. Məqsəd müdafiədir, üsul hücumdur”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More