Mahir Məmmədov: “Göstərilən etimadı doğrultmağa çalışacağam”

Yenidən Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti seçilən Mahir Məmmədov göstərilən etimadı doğrultmağa çalışacaq.

“Report” xəbər verir ki, o, bu barədə hesabat-seçki konfransından sonra jurnalistlərə açıqlamasında bildirib.

Funksioner AŞF-nin üzvlərinə onu seçdikləri üçün təşəkkür edib:

“Konfransda çox vacib məsələlərə baxıldı. 2024-2025-ci illərin hesabatı dinlənildi. 2025-ci ilin büdcəsi təsdiqləndi. Vacib məsələlərdən biri də qurumun nizamnaməsində dəyişikliklərin edilməsi oldu. Vitse-prezidentlərin sayı, işin həcmi nəzərə alınaraq 2-dən 3-ə çatdırıldı. Faiq Həsənov, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov vitse-prezident seçildilər. Bundan əlavə, yeni İcraiyyə Komitəsi təsdiq olundu. Çox işçi heyəti formalaşdı. Qarşımızda duran vəzifələri icra etməyə başlayacağıq”.

O, Seymur Talıbovun İcraiyyə Komitəsinin üzvlüyündən ayrılmasına da münasibət bildirib:

“Onun Azərbaycan şahmatına verdiyi töhfələr barəsində danışdıq. Uzun illər məhsuldar işinə görə minnətdarlığımızı bildirdik. Bu münasibətlə ona federasiya adından plaket verdik”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More