Nazir: Növbəti tədris ilində azad edilmiş ərazilərdə təhsil müəssisələrinin sayı 40-ı ötəcək

Hazırda 20-dən artıq təhsil müəssisəsi var və növbəti tədris ilində işğaldan azad edilmiş ərazilərdə bu say 40-ı ötəcək.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə təhsil prosesi çox sürətli davam edir:

“Şəhərlərlə yanaşı, kəndlərdə də yeni məktəblərin tikintisi həyata keçiriləcək. Bu il kəndlərdə onlarla məktəb fəaliyyətə başlayacaq. Nəticədə yeni məktəblərin açılışı bizə təccüblü görünməyəcək və adi hal alacaq”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More