Pakistan səfiri: Azərbaycanı dünya çempionatında tarixi qələbə münasibətilə təbrik edirik

Pakistanın Bakıdakı səfiri Qasım Mohiuddin Azərbaycanı minifutbol üzrə dünya çempionatında qələbə münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib

“Azərbaycanı minifutbol üzrə Dünya Çempionatında tarixi qələbə münasibətilə təbrik edirik. Öz azarkeşləri qarşısında qazanılan qələbə bu nailiyyəti xüsusi edir!”, – diplomat vurğulayıb.

Qeyd edək ki, Azərbaycan yığması finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək mundialın qalibi olub.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More