Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb

Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

1959-cu il təvəllüdlü Ə.Ələkbərov sahədə suvarma işi görmək istəyən zaman anidən halı pisləşib və yaxınlıqdakı çaya yıxılıb.

Köməksiz vəziyyətdə qalan zərərçəkən orada dünyasını dəyişib.

Onun dəqiq ölüm səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More