Türkiyəli ekspert: Ermənistanın hücum xarakterli davranışları qəbuıedilməzdir

Ermənistanın hücum xarakterli davranışları qəbuıedilməzdir.

“Report” xəbər verir ki, bu barədə Burdur Mehmet Akif Ersoy Üniversiteti müəllim, xarici siyasət məslələri üzrə şərhçi Esma Özdaşlı “Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər” mövzusunda keçirilən dəyirmi masada danışıb.

O qeyd edib ki, Zəngəzur dəhlizinə bir sülh dəhlizi kimi baxmaq lazımdır:

“Birinci sinif şagirdinə belə xəritə versək, o da Azərbaycanın digər əraziləri ilə Naxçıvanı Zəngəzur dəhlizinin birləşdirə biləcəyini deyər. Doğrudur, Azərbaycanın bu yola alternativləri var və bu alternativlər Ermənistanın işini daha da çətinləşdirər. Çünki Ermənistan təbii sərvəti olmayan bir ölkədir, ona görə də Zəngəzur dəhlizinin açılması ən çox ona fayda verər. Ancaq hər şeydən əvvəl Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır, onun hücum xarakterli davranışları qəbuledilməzdir”.

Daha sonra Azərbaycan-Türkiyə münasibətlərindən danışan dosent bildirib ki, Azərbaycanın müstəqilliyini tanıma şərəfinə nail olan ilk ölkə Türkiyə olub:

“Türkiyə Azərbaycanı digər türk dövlətlərindən fərqli bir yerə qoyaraq onun müstəqilliyini dərhal tanıyıb. Bizim münasibətlərimiz mənfəət üzərində qurulmayıb, qardaşlıq-dostluq münasibətləridir. Ancaq bu çərçivədə əksər sahələrdə əməkdaşlığımızı da inkişaf etdirmişik. Bu gün Azərbaycan ordusu Türkiyə modeli əsasında təşkil edilir, təhlükəsizlik sahəsində əlaqələr daha da sıxlaşdırılır. Türkiyə və Azərbaycan bir-birini qarşılıqlı olaraq zənginləşdirir. Fikrimcə, bu gün iki ölkə arasında əlaqələri ən çox təkan verən sahə isə enerjidir. Bu istiqamətdə TANAP, Bakı-Tbilisi-Ceyhan kimi çoxlu sayda anlaşma mövcuddur. Azərbaycan təbii sərvətlərindən istifadə edərək regionun enerji təhlükəsizliyində aktiv rol oynayır”.

.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More