Ukrayna Prezidenti: Rusiyanın məhsuldar görüşlərə hazır olacağına əmin deyiləm

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İstanbulda məhsuldar danışıqlara hazır olmasına şübhə etdiyini bildirib.

“Report” LRT telekanalına istinadən xəbər verir ki, o, bunu “Buxarest doqquzluğu” və Skandinaviya ölkələrinin sammitinin keçiriləcəyi Vilnüsə gəlişi zamanı bildirib.

“Bizim komandamız İstanbuldadır. Bu gün səhər müdafiə naziri (Rüstəm Umerov – red.) ilə danışdım, onlar görüşə hazırlaşırlar. Mən Rusiyanın məhsuldar görüşlərə hazır olacağına əmin deyiləm. Amma biz həmişə hansısa həllərə inanmalıyıq”, – prezident qeyd edib.

Zelenski onu da vurğulayıb ki, Ukrayna üçün tam atəşkəsin əldə olunması, uşaqların və əsirlərin evlərinə qayıtması vacibdir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More