ABŞ Suriyada üç hərbi bazasından imtina edib

Birləşmiş Ştatlar Suriyada iki hərbi bazanı bağlayıb və daha birini ölkədəki hərbi mövcudluğunun azaldılması çərçivəsində “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nəzarətinə verib.

“Report” TASS-a istinadən məlumat verir ki, bu barədə Pentaqonun nümayəndəsi Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına bildirib.

Bildirib ki, ABŞ komandanlığı bir neçə həftə ərzində ərəb respublikasından təxminən 500 hərbçini çıxarıb.

“Təxminən 500 amerikalı hərbçi Suriyadan çıxarılıb. Ölkə ərazisində yerləşən iki hərbi baza bağlanıb, daha biri “Suriya Demokratik Qüvvələri”nə təhvil verilib. Suriyada ABŞ qoşunlarının konsolidasiyası təhlükəsiz və düşünülmüş şəkildə həyata keçirilir”, – deyə o bildirib.

Kürdlərin nəzarətində olan Suriya ərazisində 2015-2018-ci illərdə doqquz ABŞ hərbi bazası və üç avanpost yaradılıb. Onlar Hələb, Deyr əz-Zor, Rəqqə və Həsəkə vilayətlərində, həmçinin İraq və İordaniya ilə sərhəddə yerləşən Ət-Tənf rayonunda yerləşir. Burada 2,2 min amerikalı hərbçi yerləşdirilmişdi. Bu ilin aprelində Pentaqon bildirmişdi ki, ABŞ komandanlığı Suriyadakı kontingenti azaldacaq və ölkə ərazisində 1000-dən az hərbçi saxlayacaq.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More