Azərbaycan BMT-dəki nümayəndəsi zimbabveli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev zimbabveli həmkarı Taonqa Muşayavanhu ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Afrika ölkəsinin dünya təşkilatındakı daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

“Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi səfir Tofiq F. Musayev Zimbabvenin Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi səfir Taonqa Muşayavanhuya nəzakət ziyarəti edib”, – daimi nümayəndəliyin sosial şəbəkə hesabında bildirilib.

Qeyd olunub ki, diplomatlar dünya təşkilatı sistemində “xüsusilə Qoşulmama Hərəkatı və G77-nin üzvləri kimi əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar”.

“Səfir Muşayavanhu Azərbaycanı Qoşulmama Hərəkatına bacarıqlı liderliyinə görə təqdir edib. Zimbabvenin Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olmaq istəməsi fonunda onlar bir-birinin namizədliyinə qarşılıqlı dəstək verəcəklərinə söz veriblər”, – məlumatda vurğulanıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More