Bakıda kolonializmin ideologiyaları müzakirə olunub

Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” adlı beynəlxalq elmi konfrans “Kolonializmin ideologiyaları” mövzusunda panel iclası keçirilib.

“Report”un məlumatına görə, Əlcəzair 2 Universitetində elmi-tədqiqat işləri üzrə rəhbər şəxs Çakib Benhafri çıxışı zamanı bildirib ki, Fransanın vaxtilə qana buladığı, müstəmləkəyə çevirdiyi ərazilərdən çıxması vacibdir.

Onun sözlərinə görə, Fransa tarixən Əlcəzairə yaxşı vədlər verib, ancaq əvəzində ölkə və xalq çox əzab-əziyyət görüb.

Milli Məclisin deputatı Nigar Məmmədova deyib ki, Azərbaycan ​​​​​müstəmləkəçiliklə mübarizədə vacib rol oynayır: “Bir azərbaycanlı kimi, bu mübarizədə Azərbaycanın rolunun da çox vacib olduğunu vurğulamaq istəyirəm. Bu mövzuda 10-dan çox beynəlxalq konfrans keçirilib”.

ADA Universitetinin dosenti Murat Özkaleli, öz növbəsində, qeyd edib ki, müstəmləkəçilik və onunla mübarizə yolları həm də dərs proqramına əlavə olunur və xüsusilə də universitet səviyyəsində öyrədilməlidir: “Bu yolla gənclərin məlumatlılığı artar və mübarizə yolları genişlənir.

BMT-nin Afrika ölkələrində Daimi Forumunun nümayəndəsi Cun Kristin Mari Sumer (June Christine Marie Soomer) hesab edir ki, tarixi silmək mümkün deyil, onu kağızlardan silsələr də, insanların yaddaşında yaşayır.

Foto: Məhəmməd Ağayev

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More