Bundesliqa klubu Niderland millisinin qapıçısını transfer etdiyini açıqlayıb

Almaniya Bundesliqası təmsilçisi “Bayer 04” Niderland millisinin qapıçısını transfer etdiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Leverkuzen kollektivi İngiltərənin “Brentford” komandasından ayrılan Mark Flekkenlə anlaşıb. 31 yaşlı qolkiper yeni klubu ilə 3 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, Mark Flekken ötən mövsüm 39 matçda iştirak edib və 59 qol buraxıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More