ETSN-də Asiya İnkişaf Bankı ilə ətraf mühitin mühafizəsi müzakirə edilib

Asiya İnkişaf Bankı ilə ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

“Report” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Asiya İnkişaf Bankının Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yinqminq Yanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov arasında görüş keçirilib.

Görüş zamanı ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və dəyişən iqlimə uyğunlaşma istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb. Gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More