“İnter” “Mançester Yunayted”in futbolçusunu icarəyə götürmək istəyir

İtaliyanın “İnter” klubu İngiltərə təmsilçisi “Mançester Yunayted”də çıxış edən Rasmus Heylunnu transfer etmək istəyir.

“Report” xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Milan təmsilçisi 22 yaşlı hücumçunu bir mövsümlük icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, danimarkalı forvard başa çatan mövsümdə “qırmızı şeytanlar”da 52 oyun keçirib, 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More