Kanadanın General-Qubernatoru: Cənubi Qafqazda davamlı sülhün əldə olunacağına ümid edirik

Ölkəmiz Cənubi Qafqazda davamlı sülhün əldə olunacağına ümid edir və bu ümumi prioritet üzrə irəliləyişi təşviq etməyə sadiqdir.

“Report” xəbər verir ki, bu barədə Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda bildirilir.

Qeyd edilib ki, Kanada və Azərbaycan dövrümüzün ən aktual problemlərinin həllinə sadiqliyimizlə möhkəmlənmiş yaxşı ikitərəfli əlaqələrə malikdir.

“Kanada Azərbaycanla əlaqələrini, eləcə də fəal Azərbaycan-Kanada icması tərəfindən qurulan xalqlararası münasibətləri möhkəmləndirmək niyyətindədir. Kanada, həmçinin hamımız üçün daha parlaq gələcək istiqamətində fəaliyyətimizə imkan verən ümumi dəyərlərə – demokratiyaya, qanunun aliliyinə hörmətə və insan hüquqlarının qorunmasına əsaslanan əməkdaşlığı inkişaf etdirməkdə davam edəcəkdir”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More