KİV: Aİ G7 sammitinə qədər Rusiya əleyhinə yeni sanksiyalar hazırlaya bilməyəcək

Avropa İttifaqı (Aİ) ölkələri, çox güman ki, ABŞ-nin ümid etdiyi kimi, 15-17 iyun tarixlərində Kanadanın Alberta əyalətində keçiriləcək Yeddilik Qrupu (G7) ölkələrinin sammitinədək Rusiyaya qarşı 18-ci sanksiya paketini hazırlamağa macal tapmayacaqlar.

“Report” xəbər verir ki, bu barədə “EUObserver” portalı adı açıqlanmayan Avropa diplomatlarına istinadən məlumat yayıb.

“Biz hətta 18-ci sanksiya paketi üçün hüquqi mətnləri almamışıq, buna görə də iki həftə ərzində razılaşmaya nail olmaq çox iddialı görünür”, – portal diplomatlardan birinin sözlərini gətirir.

Digər mənbələr ehtimal ediblər ki, yeni sanksiya paketi yalnız ayın sonuna qədər hazır ola bilər, Aİ səfirləri isə ABŞ təşəbbüsünü iyunun 4-də Brüsseldə qapalı görüşdə müzakirə etmək niyyətindədirlər.

Portal qeyd edir ki, ABŞ senatorları tərəfindən təklif edilmiş qanun layihəsi, o cümlədən Avropa ölkələrinə də ziyan vura bilər, çünki Rusiyadan qaz alan ölkələrdən ABŞ-yə idxal olunan mallara 500 faizlik rüsumların tətbiqini nəzərdə tutur.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More