Muğla valisi: Zəlzələ zamanı 11 nəfər yaralanıb – YENİLƏNİB

Türkiyənin Muğla şəhərinin valisi İdris Akbıyık ölkənin cənub-qərb sahilində baş vermiş güclü zəlzələ zamanı təşvişə düşmüş 11 nəfərin yaralandığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə vali “TRT Haber”ə açıqlamasında söyləyib.

Akbıyık zəlzələ zamanı 11 nəfərin yaralandığını, bütün halların təşvişdən qaynaqlandığını açıqlayıb. Onun sözlərinə görə, yaralalıların həyati təhlükəsi yoxdur.

Vali regionda dağıntı olmadığını vurğulayıb.

04:09

Türkiyənin Muğla şəhərinin valisi İdris Akbıyık ölkənin cənub-qərb sahilində baş vermiş güclü zəlzələnin fəsadlarından danışıb.

“Report” xəbər verir ki, bu barədə vali “TRT Haber”in canlı yayımında söyləyib.

“Hər hansısa mənfi hal yoxdur. Bir vətəndaşımızın təşvişə düşərək ikinci mərtəbədən özünü atdığına dair məlumat daxil olub”, – o deyib.

Xatırladaq ki, iyunun 3-də Türkiyənin cənub-qərb sahilində güclü zəlzələ qeydə alınmışdı.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More