Paris məhkəməsi Fransada saxlanılan Kanak lideri və daha 3 fəalı azadlığa buraxıb

Paris məhkəməsi Fransada saxlanılan Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sədri Kristian Tein daxil olmaqla, daha 3 nəfərin azadlığa buraxılmasına qərar verib.

“Report” xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.

İyunun 3-ü axşam saatlarında çıxarılan qərarda Kristian Tein və digər üç fəalın (Dimitri Qeneqey, Guillaume Vama və Ervan Uaetheanen) həbsdə saxlamaq üçün heç bir səbəb olmadığı bildirilir.

Xatırladaq ki, 2024-cü ilin may ayında Kanakidə baş vermiş iğtişaşlardan sonra qeyri-şəffaf şəkildə müstəqillik uğurunda mübarizə aparan 7 şəxs, habelə 69 Kanak məhbusu Fransaya deportasiya edilib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More