Kart istifadəçiləri arasında keçirilən sorğunun nəticələrnə əsasən, respondentlərin 50%-i kart məlumatlarının oğurlanması halı ilə qarşılaşıb.
“Report” xəbər verir ki, bu barədə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan məlumat verilib.
Qeyd edilib ki, kiberhücumlarla bağlı əhalinin məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə sorğu keçirilib.
Təhlil nəticələrinə görə, bank kartları ilə bağlı kiberhücumlara məruz qalanların sayı 11,7%, digər kiberfırıldaqçılıq halları isə 5,9% təşkil edir. Sorğuda iştirak edənlərin 24,3%-i kiberhücumlar haqqında məlumatlılıq səviyyəsinin aşağı olduğunu qeyd edib.
Müəyyən edilib ki, respondentlərin 40,8%-i kibertəhlükəsizlik üçün heç bir tədbir görmür.
Eyni zamanda, 53,9%-i bu sahədə bilgiləri əsasən sosial şəbəkələrdən əldə etdiyini vurğulayıb. Təhlükəsizlik mövzusunda təlimlərdə iştirak etməyə maraq göstərənlərin sayı isə cəmi 21,4% təşkil edir.
Mənbə: Report.Az
Comments are closed.