Tramp: Vaşinqton Tehranın uran zənginləşdirməsinə icazə verməyəcək

Vaşinqton mümkün İran nüvə proqramı sazişi çərçivəsində Tehranın uran zənginləşdirməsinə icazə verməyəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb.

“Potensial sazişimiz çərçivəsində biz uran zənginləşdirməsinə icazə verməyəcəyik”, – o qeyd edib.

Amerika lideri vurğulayıb ki, “avtoqələm (əvvəlki ABŞ Prezidenti Cozef Baydenin administrasiyası – red.) çoxdan Tehranın uran zənginləşdirməsini dayandırmalı idi”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More