Türkiyədə zəncirvari qəzada 12 nəfər yaralanıb

Türkiyənin Kocaeli şəhərinin Körfəz rayonunda üç avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 12 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Avtomagistralın (Şimali Marmara avtoyolu – red.) Ankara istiqamətində Körfəz rayonunun Kutluca ərazisində sürücülərinin adları məlum olmayan üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib”, – telekanal “Anadolu”ya istinadən bildirib.

Qeyd olunub ki, qəzada 4-ü uşaq olmaqla 12 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More