Ülvi Mehdiyev: Hazırda ASAN modeli 30-a yaxın ölkədə tətbiq edilir

Hazırda Azərbaycanın intellektual brendi olan ASAN modeli 30-a yaxın ölkəyə ixrac edilir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Seneqalla imzalanan Anlaşma Memorandumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sənəd“ASAN xidmət” təcrübəsinin Seneqalda tətbiqini, eləcə də seneqallı dövlət qulluqçuları üçün “ASAN xidmət” mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Seneqal tərəfi ilə paylaşılmasını nəzərdə tutur:

“Biz “ASAN xidmət” təcrübəsinin Seneqalda tətbiqi istiqamətində hər zaman dəstəyə hazırıq. Həmçinin tərəflər arasında imzalanan əməkdaşlıq sənədinin bu münasibətləri daha da gücləndirəcəyinə ümid edirik”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More