İyunun 5-də Xaçmaz rayonunda “Qərbi Azərbaycan – Yurd yerimiz” adlı elmi-praktik konfrans və festivalı keçiriləcək.
“Report” xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunacaq konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucalan abidəsi ziyarət ediləcək, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxış keçiriləcək. Xaçmaz şəhərində Vətən müharibəsindəki şanlı qələbəmizin şərəfinə salınmış Zəfər parkında keçiriləcək festivalda Qərbi Azərbaycan, eləcə də şimal bölgəsi və Xaçmaz rayonunun tarixi, mədəniyyəti, məişəti, kulinariyası, əhalisinin həyat tərzi, məşğulluğu və adət-ənələrini əks etdirən nümunələrin nümayiş etdirilməsi nəzərdə tutulur.
Xaçmaz Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək festivalda Quba-Xacmaz Regional Təhsil İdarəsi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi, Quba Xaçmaz Regional Turizm İdarəsi, rayonda fəaliyyət göstərən istehsal sahələri, digər idarə, müəssisə, təşkilatlar, ictimai fəallar və rayon sakinləri iştirak edəcəklər.
Mənbə: Report.Az
Comments are closed.