“Fənərbağça” klubu legioner futbolçu ilə yollarını ayırıb

Türkiyənin “Fənərbağça” klubu Filip Kostiçlə yollarını ayırıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun icarə müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

İstanbul təmsilçisi bu barədə Türkiyə Futbol Federasiyasını məlumatlandırıb.

Qeyd edək ki, Filip Kostiç başa çatan mövsümdə “Fənərbağça”da 35 oyuna çıxıb, 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More