“Mingəçevir” klubunun sabiq futbolçusunun şikayəti təmin edilməyib

I Liqada çıxış edən “Mingəçevir” klubunun sabiq futbolçusu, 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğlu barəsində verilən qərardan şikayətə baxılmasına dair
1. I Liqada “Mingəçevir” klubunda çıxış edən 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğluna danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının verilməsi barədə AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarından futbolçu tərəfindən verilən apellyasiya şikayətinə baxılması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən AFFA-nın Apellyasiya Arbitraj Tribunalının müraciətinə əsasən daxil olmuş cavab məktubuna müvafiq olaraq yenilənsin.
2. Nəzərli Muxtar Mehman oğlu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
3. I Liqada “Mingəçevir” klubunda çıxış edən 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğluna danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının verilməsi barədə AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More