Qərbi Azərbaycan Xronikası: Sovet Ermənistanında inzibati ərazi bölgüsü hiyləgərliyi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə “Baku TV”də “Sovet Ermənistanında inzibati ərazi bölgüsü hiyləgərliyi” adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, süjetdə süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Adyaman, Aşağı Altuntaxt, Aşağı Alçalı və Aşağı Axta toponimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycan torpaqları, toponimləri həm dövlət səviyyəsində saxta qərarlar, eləcə də sovet Ermənistanı dövründəki inzibati ərazi bölgüsü əsasında dəyişdirilib.

Toponimlərin dövlət səviyyəsində məhv edilməsi və ya erməniləşdirilməsi Ermənistan rəhbərliyinin əsas siyasi xətti olub: “Təbii ki, bu yolla Qərbi azərbaycanlıların doğma yurdunu danmaq, onların öz ata-baba ocaqlarına qayıdışını əngəlləmək mümkün olmayacaq. Çünki ora türklərin əzəli və əbədi dədə-baba məskənidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More