Radomski: Mədəniyyət beynəlxalq münasibətlərdə mühüm rol oynayır

Polşanın Bakıdakı səfirliyi ölkənin 2025-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrliyinin başa çatması münasibətilə mədəni tədbir təşkil edib.

“Report” xəbər verir ki, tədbirdə Polşanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Pavel Radomski açılış və salamlama nitqi söyləyib.

Diplomat öz çıxışında Polşanın Avropa İttifaqının əsas institutuna altı aylıq sədrliyinin yekunlarını vurub.

“Sədrlik müddətinin məhdud müddətli – 2025-ci il yanvarın 1-dən iyunun 30-dək olmasına baxmayaraq, Polşa Aİ-nin əsas prioritetlərini təşviq etmək üçün bütün imkanlardan istifadə etməyə çalışdı. Sədrliyin əsas vəzifəsi təhlükəsizlik idi. Biz ukraynalı qardaşlarımızı dəstəkləmək üçün hər şeyi etdik və missiyamız başa çatandan sonra da onlara hərtərəfli yardım göstərməyə davam edəcəyik”, – o deyib.

Diplomatın sözlərinə görə, mədəniyyət beynəlxalq münasibətlərdə mühüm rol oynayır və xalq diplomatiyasının effektiv aləti kimi çıxış edə bilər.

“Təsadüfi deyil ki, Bakıda sədrliyimizin başa çatmasını mədəni proqramla qeyd edirik. İncəsənət və musiqi sərhədləri və fərqlilikləri aşaraq insanları birləşdirə bilər”, – Radomski vurğulayıb.

Tədbir caz ifaçılarının həm yerli, həm də xarici bəstəkarların məşhur əsərlərini təqdim etdiyi konsert proqramı ilə davam edib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More